Çindən ABŞ-la bağlı kritik qərar

Çindən ABŞ-la bağlı kritik qərar

2 İyun 2020 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çin ABŞ-la gərginliyin artması ilə əlaqədar soya idxalını dayandırmaq qərarına gəlib.

Oxuməni.az xəbər verir ki, Pekin ABŞ və Honkonq üzərində davam edən gərginliyi qiymətləndirərkən, Çin hökumət nümayəndələri ABŞ-dan bəzi məhsulların, o cümlədən soyanın idxalını dayandırıb.

Adını gizli saxlayan mənbənin sözlərinə görə, çinli alıcılar da miqdarı bəlli olmayan həcmdə donuz əti sifarişlərini ləğv ediblər. Özəl şirkətlərə isə alışların dayandırması barədə göstəriş verilmədiyi bildirilir.

Kənd təsərrüfatı məhsullarının alışının dayandırılması iki ən böyük iqtisadiyyat arasında çətinliklə əldə edilən ilk ticarət razılaşmasının hazırda təhlükə altında olması kimi şərh olunur. Keçən ay Çinin Baş naziri Li Keqianq yanvar ayında imzalanan sazişə sadiq qalacağını vəd etmişdi. Lakin Pekinin Honkonq məsələsində münasibətinin sərtləşməsi ilə tərəflər arasında gərginlik artıb.

Oxuməni.az