İndoneziyada posta hücum zamanı bir polis öldürülüb

İndoneziyada posta hücum zamanı bir polis öldürülüb

1 İyun 2020 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada samuray qılıncı ilə silahlanmış naməlum ekstremistlər polis postuna hücum ediblər.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bu gün səhər Cənubi Kalimantan əyalətində baş verib.

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, digəri isə ağır yaralanıb.

Polislər ekstremistlərdən birini yaralayıblar. O, xəstəxanaya aparılarkən ölüb.

Hücum edənlərdən birinin üzərindən “Quran” və cihada çağırış barədə məktub tapılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırırlar.

Oxuməni.az