Yeni Zelandiya da etirazlara qoşuldu

Yeni Zelandiya da etirazlara qoşuldu

1 İyun 12:43
948
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiya qaradərili Floydun ABŞ-da ölümü ilə əlaqədar etiraz edən ölkələr sırasına qoşulub.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyada Oklenddə həbs edilərkən öldürülən afroamerikalı ilə əlaqədar ABŞ polisinin özbaşınalığına qarşı etiraz aksiyası keçirilib.

Yerli media xəbər verir ki, həmrəylik yürüşü şəhərin mərkəzi küçələrindən ABŞ Baş Konsulluğunun binasına qədər keçirilib. "Həmrəylik bildirmək və qaradərililərin həyatının da əhəmiyyətini göstərmək istəyirik. Və bu yalnız Corc Floydla əlaqəli deyil, qara icmalara qarşı təcavüz daim problemdir", deyə etirazın təşkilat komitəsindən Yeni Zelandiya Radiosuna bildirilib.

Oxuməni.az