San-Fransisko şəhərində etirazlar fonunda komendant saatı tətbiq olunub

San-Fransisko şəhərində etirazlar fonunda komendant saatı tətbiq olunub

31 May 2020 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Fransisko şəhərinin meri London Brid Afrika əsilli Corc Floydun ölümü ilə bağlı iğtişaşlar səbəbindən komendant saatının tətbiq olunduğunu elan edib.

Oxuməni.az NBC Bay Area telekanalına istinadla xəbər verir ki, San-Fransisko şəhərinin meri komendant saatının yerli vaxtla axşam saat 20:00-dan səhər saat 5-ə qədər davam edəcəyini bildirib və əhalini küçəyə çıxmamağa çağırıb.

“Milli qvardiya hazırlıq vəziyyətinə gətirilib. Şəhəri qorumaq üçün hər şeyi edəcəyik”, - deyə London Brid bildirib.

Qeyd edək ki, Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra Minneapolis və digər şəhərlərdə kütləvi iğtişaşlar başlayıb. İnsidentdən sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb. Buna baxmayaraq, ölkədə etirazlar səngimir. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində ölənlər və yaralananlar olduğu bildirilir.

Oxuməni.az