Qazaxıstanda iyunun 1-də şəhərlərarası nəzarət-buraxılış məntəqələri ləğv edilir

Qazaxıstanda iyunun 1-də şəhərlərarası nəzarət-buraxılış məntəqələri ləğv edilir

30 May 10:32
1 100
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında qurulan nəzarət-buraxılış məntəqələri iyunun 1-dən yığışdırılacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nəqliyyat Komitəsi sədrinin müavini Janibek Tayjanov danışıb.

İdarələrarası komissiyanın qərarına əsasən, iyunun 1-də şəhərlərarası nəzarət-buraxılış məntəqələrinin yığışdırılması və nəqliyyatın iyunun 5-dən etibarən bərpa etdirilməsi üçün işlər aparılır.

Ölkədə ciddi karantin qaydalarına riayət olunmaqla iyunun 5-dən etibarən avtovağzalların və sərnişin avtobusu xidmətlərinin də bərpası planlaşdırılır.

Oxuməni.az