Brovarıda kütləvi atışma baş verib

Brovarıda kütləvi atışma baş verib

29 May 2020 20:30
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevin yaxınlığındakı Brovarı şəhərində kütləvi toqquşmalar və atışma baş verib.
Oxuməni.az-ın Korrespondent.net-ə istinadən verdiyi xəbərə görə, mayın 29-da, cümə günü səhər saatlarında Kiyev yaxınlığındakı Brovarı şəhərində bir qrup silahlı şəxslər arasında kütləvi atışmalar baş verib. Hadisə yerinə gələn polis kütləvi həbslər keçirib. Bu barədə DİN-in kommunikasiya departamentinin direktoru Artyom Şevçenko bildirib.

"Kiyev rayon polisi tərəfindən atışmalarda iştirak edənlərin çoxu həbs edilib", - deyə Şevçenko bildirib.

O, münaqişənin səbəblərini göstərməyib.

Şahidlər atışma yerindən çəkilən videolarını sosial şəbəkələrdə yayımlayıblar. Kadrlarda onlarla silahlı gənc görünür, onlardan bəziləri silahla naməlum istiqamətdə atəş açır.

Oxuməni.az