ABŞ uyğurlar və digər etnik azlıqların təqibə məruz qalmasına görə Çinə sanksiya tətbiq edəcək

ABŞ uyğurlar və digər etnik azlıqların təqibə məruz qalmasına görə Çinə sanksiya tətbiq edəcək

28 May 14:09
1 601
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Nümayəndələr Palatası uyğurlar və digər etnik azlıqların təqibə məruz qalmasına görə Çin məmurlarına qarşı sanksiya tətbiq etməyə imkan verəcək yeni qanun layihəsini qəbul edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “Hill” qəzeti yayıb.

“Bu gün biz mesaj göndəriri ki, biz uyğurların tərəfində dayanmışıq, məzlumlar üçün mübarizə aparırıq və bunları heç vaxt unutmayacağıq”, – deyə iclasda çıxışı zamanı demokrat konqresmen Bred Şerman deyib.

Qeyd edək ki, sənəd bundan öncə Senat tərəfindən yekdilliklə qəbul edildiyi üçün o, Donald Trampa göndəriləcək. Tramp sənədi imzalayarsa, o zaman qanun qüvvəyə minəcək.

Oxuməni.az