Rusiya  casusları Tbilisidəki biolaboratoriyanı hədəfə alıblar

Rusiya casusları Tbilisidəki biolaboratoriyanı hədəfə alıblar

27 May 2020 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Tbilisidəki Luqara laboratoriyasının real məqsədlərini öyrənmək istəyir, lakin gürcü tərəfi bu müəssisəyə ekspertlərin buraxılması ilə bağlı məsələyə cavab vermir.

Oxuməni.az xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Bizim narahatlığımızın predmeti odur ki, Vaşinqton Rusiya sərhədləri yaxınlığında nə ilə məşğul olduğunu izah etmir. Bu da tərəfimizdən milli təhlükəsizliyin təminatı kontekstində nəzərə alınmaya bilməz”, – deyə bəyanatda bildirilib.

Moskva həmçinin Luqara biolaboratoriyasında ABŞ Quru Qoşunlarının Tibbi Tədqiqatlar Mərkəzinin olduğunu deyib. Bəzi məlumatlara görə biolaboratoriyanın sirrini öyrənmək üçün Rusiya ən təcrübəli kəşfiyyatçılarını Gürcüstana göndərib. Lazım gələcəyi təqdirdə biolaboratoriyanın rus casusları tərəfindən havaya uçurularaq məhv edilə biləcəyi də ehtimal edilir...

Oxuməni.az