Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti təxirə salınıb

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti təxirə salınıb

27 May 2020 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təxirə salınması barədə qərar qəbul edib. Sammit payıza yaxın baş tuta bilər.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə yüksək rütbəli dövlət məmuru bildirib.

Xatırladaq ki, ŞƏT sammiti 22-23 iyul tarixində Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində keçirilməli idi.

Mənbə izah edib ki, belə bir addım Çin istisna olmaqla, təşkilatın bütün üzv ölkələrində pandemiya ilə bağlı epidemioloji vəziyyət tam normallaşmadığı üçün atılıb.

Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, ŞƏT sammitinin videokonfrans sistemi ilə keçirilməsi mümkünlüyü nəzərdən keçirilmir.

Belə ki, hərtərəfli fikir mübadiləsi lazım olduğu üçün şəxsən görüşlər tələb olunur.

Oxuməni.az