Gürcü yepiskop gürcülərlə azərbaycanlılar arasında düşmənçiliyi körükləyir

Gürcü yepiskop gürcülərlə azərbaycanlılar arasında düşmənçiliyi körükləyir

27 May 2020 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı dövlət xadimi Nəriman Nərimanovun Gürcüstanın Marneuli şəhərinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsinin bərpası Marneuli və Hucabinin yepiskopu Qiorqi tərəfindən etirazla qarşılanıb.

Oxuməni.az xəbər verir ki, yepiskop Gürcüstanın “Rustavi 2” kanalına açıqlamasında N.Nərimanovun abidəsinin bərpasının yolverilməz olduğunu deyib və dərhal sökülməsini tələb edib.

“Marneuli meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar”, - yepiskop Qiorqi bildirib.

Yepiskop abidənin bərpasının heç bir qurumla razılaşdırılmadığını da vurğulayıb.

Oxuməni.az