Ukrayna Rusiyanı ələ saldı

Ukrayna Rusiyanı ələ saldı

26 May 12:39
2 245
Bəyəndim (1) Bəyənmədim (1)

Ukraynanın kompüter oyunları yaradıcısı "Starni Qeyms" Adolf Hitlerin Moskva müharibəsində "qələbə qazandıqdan" sonra Qızıl meydanda təşkil etiyi paradın görüntüləndiyi yeni "Strategic Mind: Blitzkrieg" adlı strateji oyununu təqdim edib.

Oxuməni.az xəbər verir ki, şirkətin oyuna əlavə etdiyi videoda faşistlərin Lenin mavzoleyi üzərində dayandıqları görünür.

Anonsda isə Hitler ordusunun Avropanı diz çökdürdüyü qeyd edilir.

Məsələ ilə bağlı açıqlama verən rusiyalı senator Frants Klintseviç bu cür layihələrin beynəlxalq hüquqa zidd olduğunu söyləyib:

"Bu, cəza tətbiq olunmalı cinayətdir. Bu səbəbdən belə bir oyunu təbliğ edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər".

Oxuməni.az