Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb

Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb

26 May 11:08
2 098
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Çukotka muxtar dairəsində hərbi vertolyot qəzaya uğradıqdan sonra güclü yanğın baş verib.

Oxuməni.az xəbər verir ki, yanğın söndürüldükdən sonra “M-8”in qara qutusu aşkar edilib.

Qutunun heç bir zədə almadığı bildirilir.

Bu arada məlum olub ki, Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

Hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.

Oxuməni.az