Ermənilər İranın Azərbaycandakı səfirini hədəfə alıblar

Ermənilər İranın Azərbaycandakı səfirini hədəfə alıblar

24 May 14:23
3 532
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı qarayaxma kampaniyasına başlayıb.

Oxuməni.az xəbər verir ki, Komitənin Tvitter səhifəsində səfirlə bağlı təxribat xarakterli məlumatlar yayılıb.

Komitə üzvləri, ABŞ-dakı erməni lobbisinin fəalları və onları dəstəkləyənlər isə paylaşımın altında C.Diki təhqir edən şərhlər yazırlar.

Ermənilərin qarayaxma kampaniyasına başlamasına C.Dikin Tvitterdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazması səbəb olub. İsrailli diplomat yazıb:

“Mənim dostum səfir Elin Süleymanov İsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”.

Oxuməni.az