Əhməd Davudoğlu: "Allahdan başqa heç kimdən qorxmuram"

Əhməd Davudoğlu: "Allahdan başqa heç kimdən qorxmuram"

21 May 2020 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Allahdan başqa heç kimdən qorxmuram. Bu ölkənin həbsxanalarında Nazim Hikmət də, Nəcib Fazil də yatdı, Davudoğlu da yatar.

Oxuməni.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.

Sabiq baş nazir 2017-ci ilin 17 aprelində keçirilən referendumla bağlı bəzi məqamları etiraf edib.

Davudoğlu qeyd edib ki, 2015-ci ilin 12 sentyabrında qurultay oyunları ilə onun qarşısına siyahı qoyulub: “Onlar qurultay oyunu oynayır, mən terrorla mübarizə aparırdım. Böhran yaranmasın deyə siyahını qəbul etdim. İndi olsa qəbul etməzdim. Seçkiləri udduqdan sonra prezidentin arxamdan həmlə edərək məni partiya sədri və baş nazir postundan çıxaracağı ağlıma gəlməzdi. 17 aprel 2017-ci il referendumu ilə bağlı da əlimdə gələni etdim”.

Sabiq baş nazir əlavə edib ki, referenduma 17 səhifəlik tənqidi şərh verib, bu ona ciddi problem yaradıb: “Binəli Yıldırımla da danışdım. O dövrdə bütün günahlar mənə yükləndi. Ağzımdan bir dəfə də “bəli” sözü çıxmadı. Prezidentin mənə hirsi də buradan yarandıi. İndi olsa “referendum qərarı doğri deyil” deyər və parlmentdə buna səs verməzdim".

Oxuməni.az