Mayk Pompeo 2 vergi ödəyicilərinin pulları ilə   bahalı ziyafətlər təşkil edib

Mayk Pompeo 2 vergi ödəyicilərinin pulları ilə bahalı ziyafətlər təşkil edib

21 May 2020 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət katibi Mayk Pompeo 2 il ərzində vergi ödəyicilərinin pulları ilə iş adamlarına və tanınmış siyasi xadimlərə bahalı ziyafətlər təşkil edib.

Oxuməni.az xəbər verir ki, bu barədə “NBS Nyus” məlumat yayıb. Bildirilib ki, belə dəbdəbəli qəbullar “Medisonun şam yeməyi” adı ilə tanınır.

Pompeo həyat yoldaşı Süzanla birlikdə 2018-ci ilin martından cari ilə kimi, daha dəqiq desək, koronavirusla bağlı məhdudiyyətlər dönəminə qədər belə ziyafətlər keçirib.

2 il ərzində Pompeo təxminən 20 belə ziyafət təşkil edib və ümumilikdə 500-ə yaxın qonaq qarşılayıb.

Dövlət Departamentindən olan adı açıqlanmayan mənbələr Pompeonun qonaqlıqlara bir neçə milyon dollar xərclədiyini istisna etməyib.

Oxuməni.az