Kolumbiyada karantinin müddəti uzadılıb

Kolumbiyada karantinin müddəti uzadılıb

20 May 2020 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyada yeni növ koronavirus səbəbilə tətbiq edilmiş karantin rejiminin müddəti mayın 31-dək uzadılıb.

Oxuməni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Boqota şəhərində çıxışı zamanı Kolumbiya prezidenti İvan Duke deyib.

İ.Duke bildirib: "Məcburi təcrid mayın 31-dək uzadılacaq". Kolumbiya prezidenti əlavə edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi avqustun 31-dək davam edəcək.

Prezidenti qeyd edib ki, ölkə iyunun 30-dək nə daxili, nə də xarici hava əlaqəsini bərpa etməyəcək: "Bizim sərhədlər bağlı qalacaq. İyunun 1-dən 30-dək bələdiyyələrarası nəqliyyat işləməyəcək. Bu, eyni zamanda daxili və beynəlxalq hava əlaqəsinə də aiddir".

Qeyd edək ki, Kolumbiyada yeni növ koronavirusa ilk yoluxma halı martın 6-sı qeydə alınıb. Hazırkı dövrədək ölkədə 16935 nəfərdə koronavirus təsdiqlənib, onlardan 613 nəfər ölüb, 4050 nəfəri isə sağalıb.

Oxuməni.az