Banqladeş 2 milyon sakini təxliyə edir

Banqladeş 2 milyon sakini təxliyə edir

19 May 17:00
3 857
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeş hökuməti ölkəyə yaxınlaşmaqda olan “Ampan” qasırğası ilə əlaqədar 2 milyona yaxın sakinin təxliyəsinə başlayıb.

Oxuməni.az-ın məlumatına görə, təxliyə olunan sakinlər üçün müxtəlif bölgələrdə 13 mindən çox sığınacaq hazırlanıb.

Ötən həftəsonu Benqal körfəzi üzərində formalaşmış “Ampan” qasırğasının mayın 20-də günorta saatlarında Banqladeş və Hindistan sahillərinə çatacağı gözlənilir. Qasırğanın sürəti saatda 245 kilometrədək çata bilər.

Bununla əlaqədar olaraq Banqladeşin bir sıra limanlarında yüksək təhlükə səviyyəsi elan olunub.

Mütəxəssislər bu qasırğanın ciddi fəsadlar törədə biləcəyini proqnozlaşdırır.

Oxuməni.az