Ankara, Tehran və Kremlin Əsəd planı

Ankara, Tehran və Kremlin Əsəd planı

18 May 2020 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Tehran Suriya prezidenti Bəşər Əsədin istefası ilə bağlı iddiaları rədd edib.

Oxuməni.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib.

“Suriya ilə çox yaxın, dost münasibətlərimiz var, bunlar strateji xarakter daşıyır. Bizim və başqalarının (ölkələrin) Suriya xalqı üçün qərar vermək hüququ yoxdur - nə biz, nə də Rusiyanın belə bir hədəfi var”, - XİN rəsmisi bildirib.

Bundan əvvəl bir sıra media qurumlarında Əsədin tezliklə istefa verəcəyi ilə bağlı iddialar ortaya çıxmışdı. İddia olunur ki, bu məsələ indi Rusiya, Türkiyə və İran tərəfindən müzakirə olunur. Rəsmi olaraq bu məlumatı heç kim təsdiqləməyib.

Oxuməni.az