İranda 2000-dən çox yeni yoluxma aşkar edildi

İranda 2000-dən çox yeni yoluxma aşkar edildi

15 May 15:27
2 148
Bəyəndim (0) Bəyənmədim (0)

İranda bir aydan artıq müddətdə ilk dəfə olaraq 2000-dən çox yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpurun sözlərindən müəyyənləşdirmək olur.

“Ötən gün ərzində 2 102 yeni yoluxma halı aşkarmışıq. Bununla da koronavirusa yoluxanların sayı 116 635 nəfərə çatıb. Eyni zamanda, 9 186 nəfər sağalıb”, - o, IRINN telekanalının efirində deyib.

Qeyd edək ki, İranda sonuncu dəfə bir gün ərzində yoluxma hallarının sayı 2 min nəfəri aprelin 7-də keçmişdi. Amma K.Cahanpur qeyd edib ki, yeni yoluxanların 80%-i ya yüngül, ya da orta dərəcəli simptomları olanlardır.

O, həmçinin əlavə edib ki, son sutkada 48 nəfər koronavirusdan ölüb, səlahiyyətlilərin koronavirusla bağlı ilk məlumatı yaydığı fevralın 19-dan bəri isə 6 902 nəfər virusun qurbanı olub.

Oxuməni.az