ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

15 May 15:01
2 047
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib.

Tramp ÜST-lə bağlı bəyanat verəcəklərini bildirib.

"Yaxın zamanda, bəlkə də gələn həftə ÜST-lə bağlı bir bəyanatımız olacaq”, - o bildirib.

ABŞ prezidenti bundan öncə qurumu pandemiya ilə mübarizə apara bilməməkdə və Çinə dəstək verməkdə ittiham etmiş, təşkilata ayrılan vəsaiti dayandırmışdı.

Tramp Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedunun 2021-ci ili gözləmədən vəzifəsindən istefa vermək qərarına da münasibət bildirib.

"Bu, mənim üçün problem deyil. ÜTT uzun müddətdir çox pis addımlar atırdı. Çinə inkişaf etməkdə olan ölkə münasibəti göstərirlər, bunun nəticəsində Çin ABŞ-ın yararlanmadığı bir çox haqdan yararlanır”, - o bildirib.

Ekspertlər qarşıdakı dövrdə Tramp Administrasiyası ilə ÜST və ÜTT arasında gərginliyin olacağını, xüsusilə Çinlə toqquşmada ABŞ-ın ona dəstək verməyənlərə qarşı münasibətinin sərtləşəcəyini deyirlər.

Oxuməni.az