Estoniyada koronavirusa yoluxanların sayı 1700-ü ötdü

Estoniyada koronavirusa yoluxanların sayı 1700-ü ötdü

7 May 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniyada koronavirusa yoluxanların sayı 1720-yə çatıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti açıqlama yayıb. Estoniyada son sutkada daha 7 yoluxma hadisəsi qeydə alınıb. Ölkə üzrə pandemiyadan 56 pasiyent ölüb. 273 nəfər sağalıb.

Qeyd edək ki, Estoniya Nazirlər Kabinetinin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 17-dək uzadılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxuməni.az