Avropa Komissiyası: Aİ tarixinin ən dərin tənəzzülünə qədəm qoyub

Avropa Komissiyası: Aİ tarixinin ən dərin tənəzzülünə qədəm qoyub

6 May 2020 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası nəticəsində tarixinin ən dərin tənəzzülünə qədəm qoyub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Avropa Komissiyasının bahar proqnozunu təqdim edən Avropa İqtisadiyyat Komissarı Paolo Centilone deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Aİ-də iqtisadi geriləmə 7,4%, avrozonada isə 7,7% təşkil edəcək.

P.Centilone qeyd edib ki, bərpa yalnız gələn ildən başlayacaq, lakin bu, tənəzzülü kompensasiya etməyə imkan verməyəcək.

Oxuməni.az