Lukaşenko hamını Qələbə paradına dəvət etdi

Lukaşenko hamını Qələbə paradına dəvət etdi

5 May 2020 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş Sovet İttifaqı dövlətlərinin rəhbərlərini Minskdə keçiriləcək Qələbə paradına dəvət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Prezident həmçinin qeyd edib ki, Belarus İkinci Dünya müharibəsindən ən çox zərər çəkmiş respublikadır və "müharibənin canlı abidəsi” hesab olunur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Belarusdan və Türkmənistandan başqa bütün keçmiş Sovet İttifaqı respublikalarında kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Oxuməni.az