Tokayev Nazarbayevin qızının yerinə onu təyin etdi

Tokayev Nazarbayevin qızının yerinə onu təyin etdi

4 May 2020 13:00
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Maulen Aşimbayevi Senatın spikeri vəzifəsinə təyin edib.

Oxuməni.az xəbər veirr ki, bu məlumatı Qazaxıstan Prezidentinin mətbuat xidməti yayıb.

Aşimbayev bundan öncə Qazaxıstan parlamentinin Beynəlxalq münasibətlər və müdafiə komitəsinin sədri, Prezident Administrasiyası sədrinin birinci müavini olub. O, Tokayev hakimiyyətinin ilk dönəmlərində onun köməkçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, şənbə günü Senatın spikeri Dariqa Nazarbayeva Prezident Qasım Jomart Tokayev tərəfindən istefaya göndərilib. Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı olan Dariqa Nazarbayeva atasının istefasından sonra baş nazirin müavini vəzifəsindən bu posta gətirilmişdi. Onun Senat spikeri vəzifəsinə gətirilməsinin Nazarbayevin istəyi əsasında baş tutduğu güman edilirdi. Belə ki, Nazarbayev prezident olmayacağı təqdirdə məhz onun hakimiyyətə nəzarət funksiyasını həyata keçirəcəyi və daha sonra prezident vəzifəsinə gətiriləcəyi güman olunurdu.

Oxuməni.az