Günün fotosu
Günün videosu
Şərhsiz
İranda bu gündən məscidlərin açılması gözlənilir

İranda bu gündən məscidlərin açılması gözlənilir

4 May 10:57
1 137
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti Həsən Ruhani dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı mayın 4-də aşağı riskli regionlarda məscidlərin açıla biləcəyini bildirib. Martın əvvəllərində ölkədə koronavirus epidemiyasının yayılmasından sonra məscidlər bağlanıb.

İranın koronavirusa qarşı mübarizə ilə komitəsinin mayın 3-də televiziya ilə yayımlanan iclasında danışan Ruhani ölkənin 132 inzibati bölgəsinin üçdə bir hissəsində “məscidlərin sabah açılacağını” bildirib.

Ruhani məscidlərin açılacağı inzibati dairələrdə risk səviyyəsinin aşağı olduğunu deyib.

Onun bildirdiyinə görə, komitə həmçinin yay tətilindən öncə dəsrlərin bir ay müddətində keçirilməsinə imkan verilməsi üçün məktəblərin mayın 16-da açılmasını nəzərdən keçirir.

Fevral ayının ortalarında ilk yoluxma halının qeyd edilməsindən sonra İranda koronavirus nəticəsində 6150-dən çox insanın öldüyü və 96 440-dan çox insanın virusa yoluxduğu bildirilir.

İran mayın 2-də mart ayının 10-dan sonra ölkədə virusa ən az yoluxma halının qeyd edildiyini bildirib.

İranın həm özündə, həm də xaricdəki ekspertlər Tehranın rəsmi rəqəmlərini şübhə altına alaraq, real rəqəmlərin bundan daha çox olduğunu deyirlər.

İranda iniversitetlər, kino teatrlar, stadionlar və digər ictimai yerlər mart ayından bağlanıb.

Lakin İran sanksiyaların təsirinə məruz qalmış ölkənin iqtisadiyyatının bağlı qala bilmədiyini bildirirərək, aprelin 11-dən başlayaraq, ölkədə iqtisadi fəaliyyətlərin mərhələli şəkildə bərpasına icazə verib.

İdman zalları və bərbərxanalar kimi “yüksək riskli” yerlər bağlı olaraq qalır.

Ruhani iqtisadi fəaliyyətlərin mərhələli şəkildə tədircən açılacağını deyib.

Oxuməni.az