ABŞ dövlət katibi: “Koronavirus laboratoriyadan yayılıb”

ABŞ dövlət katibi: “Koronavirus laboratoriyadan yayılıb”

4 May 10:18
1 163
Bəyəndim (1) Bəyənmədim (0)

Yeni koronavirus dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılmağa başlayıb.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqtonda buna dair sübutlar var.

"Bu virusun Uhan laboratoriyasından yayılımasını göstərən şəhadətnamələr var. Biz lap əvvəldən bunu iddia edirdik, indi bütün dünya buna əmin ola bilər", - “ABC News” telekanalının efirində Pompeo deyib.

Bununla belə, dövlət katibi virusun məqsədli şəkildə və ya fövqəladə hadisə səbəbindən yayılması barədə suala cavabdan yayınıb.

"Biz bu suallara cavab vermək üçün bütün zəruri səylərə təşəbbüs edirik. Biz və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislər qrupunu ora (Uhana-red) və Çinin başqa laboratoriyalarına göndərməyə çalışırıq, amma Kommunist Partiyası əvvəlki kimi Çinə girişə mane olur", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp da bildirib ki, o, COVID-19-un Çin Uhan şəhərindəki laboratoriyada süni şəkildə yaradılması barədə sübutları görüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxuməni.az