İranda 6 bal gücündə zəlzələ baş verib, ölənlər və yaralılar var

İranda 6 bal gücündə zəlzələ baş verib, ölənlər və yaralılar var

2 İyul 10:38
36
Bəyəndim (0) Bəyənmədim (0)

İranın cənubunda baş verən zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.

Oxuməni.az-ın məlunatına görə, bu barədə yerli media hakimiyyət orqanlarına istinadən xəbər verir.

Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.

```

İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.