“Türkiyəyə təslim olduq, bu, qara gündür” - İsveçli deputatdan şok sözlər

“Türkiyəyə təslim olduq, bu, qara gündür” - İsveçli deputatdan şok sözlər

29 İyun 11:14
248
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç parlamentinin PKK/YPG terror təşkilatı tərəfdarı olan deputatı Əminə Kaxabave NATO liderlərinin Madrid zirvəsi ilə bağlı danışıb.

Oxuməni.az xəbər verir ki, Kaxabave sammit çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasına reaksiya verib və ölkəsinin xarici işlər naziri Ann Lindenı hədəfə alıb.

PKK-çı deputat üç ölkə arasında əldə edilmiş anlaşmanı İsveç üçün "kapitulyasiya aktı” kimi xarakterizə edib:

"Stokholm Ankaraya təslim oldu".

Kaxabave İsveç hökumətinin YPG/SDQ-ni Türkiyəyə qurban verdiyini, bu tarixin onların xatirələrində “qara gün” kimi qalacağını deyib.

“Hökumətin Türkiyəyə təslim olmasını çox narahatedici durum kimi qəbul edirəm”, - deputat vurğulayıb.

Əminə Kaxabave anlaşma memorandumunu imzalayan Ann Lindanı da tənqid edib. O, parlamentdəki digər siyasi partiyalara müraciət edərək Lindanın Xarici Əlaqələr Komitəsinə çağırılmasını istəyib.

“Əks halda, Ann Lindanın xarici işlər naziri kimi vəzifəsini davam etdirməsi etimadsızlıq yarada bilər”, - Kaxabave qeyd edib.