"Bu il Moskva səfərimdə Şoyqu mənə deyib ki, ruslar qədər heç kim əzab çəkməyi bacarmır..."

"Bu il Moskva səfərimdə Şoyqu mənə deyib ki, ruslar qədər heç kim əzab çəkməyi bacarmır..."

29 İyun 10:30
230
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Rusiya müttəfiqlərimiz və ölkəmiz üçün gerçək təhlükədir"

"Biz xalqlarımıza xidmət edərək, onları qoruyur, əzablarının qarşısını alırıq, onlar isə günahsız insanların əzablarından öz imperialist ambisiyaları üçün istifadə edir"

Rusiyanın Avropaya hücum edəcəyi təhlükəsi "çox realdır"

Oxuməni az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu gün Krallığın müdafiə tədqiqatları Birləşmiş institutunun konfransında çıxışında bəyan edib.

"Bu gün Rusiya bizim müttəfiqlərimiz və ölkəmiz üçün bilavasitə təhlükədir. Mən tam ciddi olaraq deyirəm ki, Rusiyanın Böyük Avropa ölkələrinə gerçəkdən hücum etmək təhlükəsi mövcuddur", - Uolles deyib.

Onun sözlərinə görə, getdikcə daha çox aydın olur ki, prezident Putini "böyük insan itkisi təhlükəsi dayandırmayacaq".

"Mən bu il Moskvaya səfər edəndə, nazir Şoyqu mənə deyib ki, ruslar qədər heç kim əzab çəkməyi bacarmır. Bu sözlərdə bu əzablara görə təhrif edilmiş qürur sezilir. Düşünürəm ki, bizi və müttəfiqlərimizi Putin rejimindən fərqləndirən odur ki, biz xalqlarımıza xidmət edirik ki, onları qoruyaq və əzablarının qarşısını alaq. Onlar isə günahsız insanların əzablarından öz imperialist ambisiyaları üçün istifadə edir", - nazir əlavə edib.

Konfransda çıxış edən Britaniya ordusunun komandanı general Patrik Sanders bəyan edib ki, Ukraynanın "məhdud münaqişə" olduğunu güman etmək "təhlükəlidir".

Biz Ukraynada müharibənin nə zaman bitəcəyini bilmirik, lakin ssenarilərin çoxunda Rusiya Ukraynadan sonra Avropa təhlükəsizliyi üçün daha da böyük təhlükə olacaq. Rusiyanın hərbi müdaxiləsi bizə zamanın sınağından çıxmış bir qaydanı xatırladıb: əgər siz münaqişənin qarşısını almaq istəyirsinizsə, yaxşı olardı ki, döyüşə hazır olasınız", - Sandres deyib.

Bundan öncə Uolles baş nazir Boris Consona məktub göndərərək, Rusiya tərəfindən təhlükənin getdikcə artması səbəbindən Krallığın hərbi xərclərinin ildə 12, 3 milyard dollar artırmağı xahiş edib.

Məktubda deyilir ki, 2028-ci ilədək Krallığın müdafiə büdcəsi ÜDM-in 2 faizindən 2, 5 faizədək artmalıdır.