“Ukraynanın bu şəhərinə nüvə zərbəsi...” - Putinlə bağlı şok iddia

“Ukraynanın bu şəhərinə nüvə zərbəsi...” - Putinlə bağlı şok iddia

28 İyun 13:27
134
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş Xerson vilayətinin müdafiəsində taktiki nüvə silahından istifadəni müzakirə edib.

Oxuməni.az xəbər verir ki, bunu rusiyalı jurnalist Andrey Piontkovski deyib.

“Rusiya üçün mənasız və intihara meyilli hərbi əməliyyat keçirmək, yəni Ukraynanın bir şəhərini nüvə silahı ilə məhv etmək üçün onlarla insanı fəal şəkildə bu prosesə cəlb etmək lazımdır. Çətin ki Putin taktiki nüvə silahından istifadə etsin”, - jurnalist söyləyib.

Piontkovski eyni zamanda “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktovun Putinin Xersonun müdafiəsində taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu bildirdiyi sözlərini xatırladıb:

“Venediktovu və onları yaxşı tanıyıram. Eşitməsəydi, bunu demək ağlına gəlməzdi. Deməli, aralarında belə söhbətlər olur”.

Piontkovskinin fikrincə, əgər nüvə zərbəsi əmri yalnız Putindən asılı olsa, bunu həyata keçirə bilərdi, amma texniki baxımdan bu, xeyli mürəkkəb məsələdir.