Azərbaycanlı olimpiya mükafatçısı: Putinin murdar rejimini və Rusiyanın çirkin siyasətini dəstəkləyənlərin hamısı...

Azərbaycanlı olimpiya mükafatçısı: Putinin murdar rejimini və Rusiyanın çirkin siyasətini dəstəkləyənlərin hamısı...

28 İyun 11:17
96
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı Azərbaycan mənşəli güləşçi Pərviz Nəsibov raşistlərin Ukraynadakı cinayətlərindən şoka düşüb.

Oxuməni.az Ukrayna mediasına istinadla xəbər verir ki, milliyyətcə Azərbaycan türkü olan tanınmış idmançı Kremençuqun atəşinə tutulmasından sonra rusiyalı terrorçuların hərəkətlərini sərt şəkildə pisləyib.

Xəbər verdiyimiz kimi, bazar ertəsi günortadan sonra raşistlər Kremençukqdakı ticarət mərkəzinə raket zərbəsi endiriblər. Artıq 18 nəfərin öldüyü, onlarla günahsız insanın yaralandığı məlumdur.

Rusiya ordusunun terror aktını "Tokio-2020" Olimpiya Oyunlarının gümüş mükafatçısı, ukraynalı güləşçi Pərviz Nəsibov belə şərh edib.

“Kremençuqda gördüyüm hər şeydən sonra əminliklə deyə bilərəm ki, hər bir sağlam düşüncəli insanın məni dəstəkləyəcəyini düşünürəm.

Putinin murdar rejimini və Rusiyanın çirkin siyasətini dəstəkləyənlərin hamısı, hamınıza əminliklə deyirəm: siz əsl üzdəniraqlarsınız, yaramaz məxluqlarsınız”, - deyə Nəsibov "İnstaqram"da yazıb.

Xəbərdə qeyd edilir ki, Kremençuqda futbol şəhər stadionu da atəşə tutulub. Nəticədə arenanın inzibati binasına və Birinci liqa Kremen komandasının avtobusuna ziyan dəyib.

Xatırladaq ki, Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 6 yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmış Pərvizin aiiləsi 2004-cü ildə atası Ukraynanın Nikolayev şəhərinə köçüb...