"Putinin sonu elə Stalin kimi çox dəhşətli olacaq..."

"Putinin sonu elə Stalin kimi çox dəhşətli olacaq..."

23 İyun 2022 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Putinin sonu elə Stalin kimi çox dəhşətli olacaq..."

"Stalin özünü təcrid etdiyinə, hamını ölümünə qorxutduğuna görə, heç kolxoz fəalına edilən tibbi yardım da göstərilmədən özünü batıraraq sidik gölməçəsində ölüb..."

"Qərb bizə lazım olan silahları verir, amma bizi tam silahlandırmaq istəmir..."

"Siz Avropanın ən güclü ordusu olan ölkəsinə çevriləcəksiniz, birdən Qərbə tərəf yönələrsiniz, o zaman biz nə edəcəyik?.."

Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç hesab edir ki, Rusiya prezidenti Vladimir Putin öz həyatını sovet diktatoru İosif Stalin kimi bitirə bilər.

Oxuməni.az xəbər verir ki, bu fikri o, "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona verdiyi müsahibəsində ifadə edib.

Dmitri Qordon soruşub:

"Putinin sonu necə olacaq?"

"Dəhşətli olacaq, - Arestoviç cavab verib. - Mən buna 101 faiz əminəm. Elə Stalin kimi: adam sidik gölməçəsində uzanıb, ona yardım etməyə imkan verilmir, çünki hamı, ilk növbədə onun ətrafı rahat nəfəs almağa başlayıb".

Stalin Moskva ətrafında bağ evində 1 mart 1953-cü ildə döşəmədə uzanan vəziyyətdə aşkar edilib. Martın 2-də oraya həkimlər gəlib. Stalinin ölümü haqqında radioda martın 6-da elan edilib. Diktatorla nə baş verməsi barədə müxtəlif versiyalar var.

Xruşşovun oğlu Sergey Xruşşov deyib ki, Stalin insultdan və heç kimin ona yardım etməməsi səbəbindən ölüb.

"Stalin yıxılıb və özünü batırıb, silahdaşıarı da heç nə bilməyib, bəlkə, onlar gedəndən sonra o, çox içib, - həmin axşam İosif Vissarionoviçin əhvalı yüksək olub.

İndi təsəvvür edin: "bütün zamanların və xalqların rəhbəri" özünü batırıb, Beriya ilə Malenkov ona yaxınlaşır, onu döşəmədən qaldırıb divana qoyur, birdən o, özünə gəlir. O zaman onların vəziyyəti heç də yaxşı olmazdı. Stalin özünü təcrid etdiyinə görə, hamını ölümünə qorxutduğuna görə ölüb. Onların hamısı, Beriya, Malenkov və Xruşşov qapının gözlüyündən baxıb deyib: "O, yatır, ona dəyməyin, oyatmayın", - Sergey Xruşşov deyib.

Rusiyalı tarixçi, bloger və publisist Mark Solonin hesab edir ki, Stalini zəhərləyə bilərdilər.

"Onun yeməyinə nəsə qatlblar, o da öz sidiyinin gölməçəsində heç bir yardım, hətta kolxoz fəalına edilən tibbi yardımı almadan ölüb", - Solonin müsahibələrinin birində deyib.

Daha sonra Arestoviç Ukraynanın xainlərindən söhbət açaraq deyib ki, xüsusi xidmət orqanları Rusiya işğalçıları ilə əməkdaşlığa gedən vətəndaşların adlarını açıqlayacaq və insanlar heyrətə gələcək.

O, jurnalistin 24 fevralda dövlətə xəyanətdə ittiham edilən Ukrayna Təhlükəsizlik Ximətinin daxili təhlükəsizlik idarəsinin sabiq rəisi Andrey Naumovun, Xersonun sabiq meri Vladimir Saldonun, "Xalqın xidmətçisi" partiyası və fraksiyasından xaric edilən xalq deputatı Aleksey Kovalyovun adlarını xatırlayarkən Arestoviç deyib ki, bu qədər satqınlığın olması onun üçün gözlənilməz olmayıb.

"Mən bunu gözləyirdim. Özüm xüsusi xidmət orqanlarından keçmişəm. Deyə bilərəm ki, belə sürprizlər hələ olacaq. Bu siyahıda adi adamlar da, məşhurlar da olacaq. Xüsusi xidmət orqanlarının özəllikləri var, öz oyunları var. Amma əvvəl-axır biz onları ifşa edəcəyik və insanlarımız xəbərdar olacaq. O zaman onlar heyrətə gələcək", - Arestoviç bəyan edib.

O, qeyd edib ki, "Bellinhcat"-ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib ki, Putin hərbi müdaxilənin əvvəlində böyük iğtişaşlara bel bağlayıb və, guya, bu iğtişaşlarda Ukrayna hərbçilərinin bir hissəsi iştirak edəcəkmiş.

"Bu, onu göstərir ki, rusiyalıların nə qədər könüllü ukraynalı köməkçiləri var. Özü də ən ciddi səviyyədə", - müşavir deyib.

Daha sonra Arestoviç Qərbin Ukraynaya silah tədarükündən danışıb.

O deyib ki, Qərb müttəfiqlərimiz Ukraynaya düşməni dayandırmaq üçün lazımi silahları verir, amma onlar bizi tam silahlandırmaq istəmir.

"Bizim əsas vəzifəmizi-düşməni taqətdən salmaq və dayandırmaq vəzifəmizi icra etmək üçün silahlarlmız yetərlidir. Məsələ hücuma keçməyimizdədir...", - Arestoviç deyib.

O, Qərbin Ukraynanın xahiş etdiyi bütün silahların verməsinə şübhə ilə yanaşıb.

"Əslində Qərb ehtiyat edir. Bilirsiniz, nədən qorxurlar?

Biz çox güclənə bilərik,- müharibədə qalib gələndən sonra dərhal Belarusu, Moldovanı zəbt edərik...Bəziləri isə deyir ki, Allah eləməsin, sonra Qərbə tərəf istiqamət götürərsiniz".

"Bəs o zaman biz sizinlə nə edəcəyik? Siz Avropanın ən döyüş qabiliyyətli ordusu olacaqsınız".

Mən dəqiq iqtibas gətirim:

"Birdən siz Qərbə tərəf yönəlsəniz, sizinlə nə edək?", - Arestoviç Qərb müttəfiqləri ilə söhbətini xatırladıb.

Qordon buna çox təəccüb edərək, soruşub ki, müttəfiqlərin fikrinə görə, Uktayna Qərb ölkələrində nə edəcək ki?

"Mən də onlara deyirəm: "Siz dəli olmusunuz?"

Onlar cavab verirlər: "Bilirsiniz, siyasətdə hər şey ola bilər. Biz uzağı görməliyik və s."

Biz də deyirik: "Biz sizin dəyərləriniz uğrunda, sizin uğrunda vuruşuruq, biz Avropa İttifaqına və NATO-ya qoşulmaq istəyirik, bizi qəbul edin, sizinlə bir olaq, heç kimə də hücum etməyək", - Arestoviç deyib. - Ona görə də Qərb bizə silah verir, amma elə verir ki, biz çox da güclü olmayaq. Amma onların verdikləri də bir ay-ayyarım sonra əkshücumun konkret istiqamətində bizim vəzifəmizin öhdəsindən uğurla gəlməyə imkan verəcək".