"Ukrayna hərbçiləri "Bayraktar"dan istifadəni, demək olar ki, dayandırıb" -"ISW" -Səbəb?..

"Ukrayna hərbçiləri "Bayraktar"dan istifadəni, demək olar ki, dayandırıb" -"ISW" -Səbəb?..

23 İyun 2022 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri Türkiyənin əfsanəvi "Bayraktar" pilotsuz təyyarələrindən praktiki olaraq istifadəni dayandırıb. Bu, rus ordusunun başqa silahlardan istifadə etməyə başlaması ilə bağlıdır.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu ("ISW") məlumat yayıb.

“Ukrayna qüvvələri Rusiyanın hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsi səbəbindən müharibənin əvvəlində böyük uğurla istifadə edilən Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrindən istifadəni böyük ölçüdə dayandırıb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri “Bayraktar” mahnısına klip hazırlaması haqda xəbərlər yayılmışdı. Ukrayna Silahlı Qüvvələrinin Əməkdar Akademik Orkestrinin “Svyatovid” folklor qrupu “Bayraktar” mahnısına çəkilmiş klip təqdim edib. Video müharibə zamanı məhv edilmiş Rusiya texnikası fonunda çəkilib.

Qeyd edək ki, Ukrayna ordusunun "Bayraktar" əvəzinə konkret olaraq hansı PUA-lardan istifadə etməsi haqda məlumat verillmir...moderator.az