Baş katibdən ŞOK: İsveç və Finlandiya yaxın vaxtlarda NATO-ya üzv ola bilməyəcək

Baş katibdən ŞOK: İsveç və Finlandiya yaxın vaxtlarda NATO-ya üzv ola bilməyəcək

23 İyun 2022 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən İsveç və Finlandiyanın tezliklə Şimali Atlantika Alyansına üzv olacağına zəmanət verə bilmərəm”.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Amerikanın “Politico” qəzetinin təşkil etdiyi tədbirdə deyib.

“Amma mənim məqsədim hənmin dövlətlərin tezliklə Alyansa üzvlüyünü təmin etməkdir. Alyans daxilində bir və ya bir neçə müttəfiqin digərləri ilə razılaşmaması ilk dəfə deyil”, - o əlavə edib.

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri Stoltenberqə ölkələrinin Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizələrini təqdim ediblər.