Erməni revanşistlər “ağ bayraq” qaldırdı: Vanetisyan kimin agentidir?

Erməni revanşistlər “ağ bayraq” qaldırdı: Vanetisyan kimin agentidir?

22 İyun 2022 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın revanşist qüvvələri son qərarı ilə faktiki olaraq Paşinyan hakimiyyəti qarşısında ağ bayraq qaldırdı. Belə ki, “Hayreniq” (“Vətən”) partiyası Ermənistan parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəfim var” blokunda fəaliyyətini dayandırmaq haqda bəyanat yayıb.

Oxuməni.az xəbər verir ki, “Hayreniq” partiyasının rəhbəri, dövlət təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanetisyanın yaydığı bəyanat küçə mübarizəsinin artıq effekt vermədiyinin etirafı hesab oluna bilər. Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlməsinin fonunda siyasi kariyerası parlayan Vanetisyan Ermənistan DTX-nın rəisi təyin olunmuşdu. Lakin sonrakı proseslər göstərdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını qırmızı diplomla bitirən 41 yaşlı Vanetisyanın təyinatı Nikol Paşinyanın yanlış qərarlarından biri olub. Çünki az sonra Vanetisyan düşmən mövqeyi nümayiş etdirərək Serj Sarkisyanla Paşinyan hakimiyyətinə qarşı birləşdi.

Ötən il keçirilən növbədənkənar parlament seçkilərində özünü “birləşmiş müxalifətin” lideri rolunda hiss edən Vanetisyan “Solovyovla birgə” telelayihəsində dəfələrlə göründü və bu detal erməni cəmiyyətinin nəzərindən yayınmadı. Ermənidilli “Aysor.am”, nəşri bunu Arturun “FSB” akademiyasını qırmızı diplomla bitirməsi, Solovyovla söhbətində isə özünü “ermənidən daha çox rus hesab etdiyini” çatdırmağa çalışan Vanetisyanın “cəlbediciliyi” ilə deyil, Putinin Koçaryana münasibəti ilə izah etdi.

Ermənistanda keçirilən rəy sorğularında az qala 1-2 faiz reytinqi olan Vanetisyan isə Serj Sarkisyanın hesabına parlamentə düşə bildi. Ona hətta öz müttəfiqləri də ikrahla yanaşırdı. Məsələn məhdud dairədə “Vanetisyan “itoğludur”- desə də, Serj Sarkisyan Ruzveltin məşhur kəlamını yada salmağı lazım bilmişdi: “Əlbəttə, o itoğludur, amma bizim itin...”

Sarkisyan Vanetisyanın potensialı haqda yüksək fikirdə olsa da, yanılmışdı. Ciddi nüfuzu olmayan Vanetisyan təsdiq etdi ki, o, nəinki ermənidən daha çox rusdur, heç babat erməni də deyil. Vanetisyan indi sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı “seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını” əsas gətirərək deputat mandatından imtina etdiyi barədə mərkəzi seçki komissiyasına ərizə ilə müraciət etdiyini bildirib.

Onu da qeyd etmək yerinə düşər ki, dünən yayılan qalmaqallı səs yazısında Hüquq şurasının sədri Cahangiryan Vanetisyan və Sarqisyanı “5-ci kalon” adlandırmışdı.

Bu da revanşist avantüranın həzin sonluğu.