"Kremlin bu bəyanatı həyəcan doğurur" - Ağ Ev Peskovun "müghiş" bəyanatından hiddətlənib

"Kremlin bu bəyanatı həyəcan doğurur" - Ağ Ev Peskovun "müghiş" bəyanatından hiddətlənib

22 İyun 2022 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ağ Ev Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiya hərbçiləri tərəfindın əsir götürülən iki amerikalının mümkün edam edilməsi barədə bəyanatına münasibət bildirərək, rusiyalı spikerin niqtini qəbuledilməz adlandırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

"Dəhşət doğuran odur ki, Rusiyanın dövlət məmuru Amerikanın Ukraynada döyüşən iki vətəndaşına ölüm cəzası təklif edib, - ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi deyib.

Siyasətçi qeyd edib ki, "Peskovun və ya Putinin fikirlərini oxuya bilməsə də", ölüm hökmünün gerçək, yoxsa hipotetik olmasına rəğmən, Kreml nümayəndəsini belə bəyanatları "narahatlıq doğurur".

"Onların Ukraynada döyüşən iki amerikalıya həqiqətən ölüm hökmü veriləcəyini nəzərdə tutması və ya böyük dövlətin nümayəndələri kimi bu üsulla Amerika Birləşmiş Ştatları prezidentinə və Amerika xaıqına müəyyən siqnal göndərməsi eynilə həyəcan doğurur", - Kirbi deyib.

Onun sözlərinə görə, hazırda Ağ Ev bu rezonans doğuran məsələ ilə bağlı imkan daxilində daha çox məlumat toplamağa cəhd edir.

Xatırladaq ki, ötən həftə Ukrayna tərəfində döyüşən iki könüllü amerikalı-39 yaşlı Aleksandr Con-Robert Dryuke və 27 yaşlı Endi Tay Nqok Hyuin üzdəniraq "DXR"-in rusiyayönümlü separatçıları tərəfindən əsir götürülüb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hərbi münaqişələr zamanı əsgər və mülki şəxslərlə davranış qaydalarını müəyyən edən, o cümlədən hərbi əsirlərin edam edilməsini qadağan edən Cenevrə Konvensiyası ABŞ-ın saxlanılan iki vətəndaşaına şamil edilmir.

O, deyib ki, Kreml üzdəniraq "DXR" dövləti tərəfindən əsir götürülən ABŞ vətəndaşlarının həyatının saxlanılmasına zəmanət verə bilməz.