Hitlerin son müsahibəsində Rusiyada nasizm haqda şok proqnozlar verdiyi bilindi...

Hitlerin son müsahibəsində Rusiyada nasizm haqda şok proqnozlar verdiyi bilindi...

22 İyun 2022 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Hitler: "Milli sosializm gələcəyə məxsusdur, mən qorxmadan söyləyirəm ki, bu, 21-ci əsrdə olacaq. Mən 21-ci əsrdə, milli sosializm əgər Rusiyada qalib gələrsə, təəccüblənmərəm..."

İntiharından bir neçə gün öncə Hitler bir isveçrəli jurnalisti öz bunkerinə dəvət edib. Faşist Almaniyasının məğlubiyyətə düçar olmuş lideri jurnalistə deyib ki, nasional-sosializm(irqçilik, nasizm-S.L.) Rusiyada yaşayacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə “Ukrayna 24” kanalının “Belə bir hekayə” verilişinin efirində layihənin aparıcısı Andrey Bulqarov danışıb.

"İntiharından bir neçə gün əvvəl Hitler bir isveçrəli jurnalisti bunkerə dəvət edib. Müsahibədə o, başqa şeylərlə yanaşı, Sovet İttifaqına hücum etdiyinə görə təəssüfləndiyini də bildirib. Yeri gəlmişkən, eyni müsahibədə Hitler nasional-sosializmin yaşayacağını, özünün əsl inkişafını və yüksəlişini isə Rusiyada alacağını iddia edib... Bəs Putin ölməzdən əvvəl nəyə peşman olacaq? Hələ məlum deyil. Amma biz bunu biləndə, şəxsən mən onun Ukraynaya əl qaldırmasına görə peşimançılıq ifadə edəcəyinə təəccüblənməyəcəm. ", - deyə Bulqarov vurğulayıb.

Hitler isveçrəli jurnalist Kurt Şpeydelə müsahibəsində Rusiya haqda əsasən bu suala cavabında danışıb(reytinq.az):

"Bu gün 1945-ci il aprelin 29-dur. Məğlubiyyətə uğradığınızı dərk edirsinizmi?"

Hitler belə deyib:

"Bizim məğlub olduğumuzu düşünmürəm. Almaniya – bəli, o, müharibəni uduzub, Vermaxt məğlubiyyətə uğrayıb. Ancaq biz ən güclü ideyaya təkan verdik. Milli-sosializm görkəmli üstünlüyünü sübut etdi...

Bəli, biz döyüşdə uduzduq, ancaq bu yuxarıdan düşməkdir. Milli-sosializm gələcəyə məxsusdur, mən qorxmadan söyləyirəm ki, bu, 21-ci əsrdə olacaq. Mən 21-ci əsrdə, milli-sosializm əgər Rusiyada qalib gələrsə, təəccüblənmərəm. Bu müharibə illərində mən irqçi dünyagörüşümü nəzərdən keçirməyə məcbur oldum.

Sizə nə deyəcəyəm? Burada, Avropada heç kim Rusiyanı tanımırdı və heç vaxt tanımayacaqdı. Mən rusları tamamilə idellaşdırmıram, rusların arasında çoxlu asiyalı da var. Ancaq fakt faktlığında qalır, Rusiya xalqı bu dəhşətli müharibədə daha güclü və sərt idi, mən ağ irqin xilasının Şərqdən gələcəyinə təəccüblənmirəm. Bu məntiqli olacaq..."Moderator.az