Makrondan təkəbbürlü açıqlama - “Bunu Türkiyədən istəyəcəyəm”

Makrondan təkəbbürlü açıqlama - “Bunu Türkiyədən istəyəcəyəm”

22 İyun 10:30
128
Bəyəndim (0) Bəyənmədim (0)

NATO ölkələri Türkiyənin açıq mövqeyinə qarşı Ankara ilə təmasları sıxlaşdıraraq, İsveç və Finlandiyanı alyansa daxil etmək üçün böyük səylər göstərirlər.

Oxuməni.az xəbər verir ki, bu iki ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron Türkiyəni mövqeyindən çəkilməyə məcbur etməyə çalışaraq, Ankaranın ünvanına təkəbbürlü açıqlamalar verməkdə davam edir.

Belə açıqlamalardan birini də NATO baş katibi Yens Stoltenberqlə görüşündə verib. Makron görüşdə Türkiyədən İsveç və Finlandiyanın üzvlüyə qəbulu ilə bağlı mövqeyini aydınlaşdırmasını istəyəcəyini bildirib.

Görüşlə bağlı Yelisey sarayının açıqlamasında Makronun Ukrayna müharibəsindən sonra NATO-ya üzvlük üçün müraciət edən iki ölkənin üzvlüyünə dəstəyini bir daha təkrarladığı deyilib.

Türkiyə PKK/YPG terror təşkilatına dəstək verdikləri əsasıyla Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesini bloklayıb.