Kalininqrad böhranı kəskinləşir: “Keçidi açın, yoxsa...” - Kremldən xəbərdarlıq

Kalininqrad böhranı kəskinləşir: “Keçidi açın, yoxsa...” - Kremldən xəbərdarlıq

22 İyun 2022 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva Avropa qitəsində Rusiyanın II Dünya müharibəsi zamanı işğal etdiyi və indiki Alamaiyanın tarixi vilayəti olan Şəriq Prussiyanın Kalininqraddan (tarixi adı Köniqsberq) dəmir yolu xətti ilə federasiyaya daşınmalara qoyulan məhdudiyyətlə bağlı Avropa Birliyinə nota verib.

Oxuməni.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi AB-nin Moskvadakı səfiri Markus Edereri nazirliyə çağıraraq etiraz notasını təqdim edib.

Ederer Rusiya XİN-də saat yarım davam edən görüş keçirib.

Nazirlik görüşdən sonra Edererə etiraz notası verildiyini açıqlayıb:

“Avropa Birliyi nümayəndəsinə Köniqsberq-Kalininqrad bölgəsi ilə Rusiya ərazisi arasında nəqliyyatda birtərəfli anti-Rusiya məhdudiyyətləri tətbiq edildiyi üçün etiraz notası verilib. AB-nin müvafiq hüquqi və siyasi öhdəliklərini pozan və gərginliyi artıran bu cür hərəkətlərin yolverilməzliyinə diqqət çəkilib. Kalininqrad keçidinin normal işləməsi üçün dərhal rotasiya tələb olunub. Əks halda adekvat cavab veriləcək”.

Rusiya XİN dünən müvafiq məhdudiyyətləri tətbiq edən Litvanın bu ölkədəki müvəqqəti işlər vəkilini də nazirliyə çağıraraq etiraz notası verib.

Köniqsberq - Kalininqrad federasiya ilə quru əlaqəsi olmayan, Litva və Polşa arasında - Baltik dənizi sahilində yerləşən Rusiya tərəfindən II Dünya müharibəsi zamanı işğal edilən Almaniyanın tarixi ərazisidir.