Paşinyan ordunu Qarabağ separatçısına həvalə edir? – Şok iddia

Paşinyan ordunu Qarabağ separatçısına həvalə edir? – Şok iddia

21 İyun 2022 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayan Ermənistan silahlı qüvvələrinin yeni baş qərargah rəisi ola bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “Fakt” qəzeti məlumat yayıb.

Nəşr Babayanla Baş nazir Nikol Paşinyan arasındakı əlaqələrə diqqət çəkib və qeyd edib ki, separatçı təxminən bir ay əvvəl Azərbaycanla 44 günlük müharibəni araşdıran istintaq komissiyasının işində iştirakdan imtina edib. Babayanın yaxınları qəzetə onun bundan son zamanlarda fəaliyyətini sırf biznes sahəsinə yönəltdiyi üçün imtina etdiyini deyiblər.

“Yeri gəlmişkən, mətbuatda Samvel Babayanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi postuna namizədliyini irəli sürdüyü barədə məlumat dolaşır. Mənbəmiz bildirir ki, əslində o, həmin vəzifəni istəmir”, - nəşr yazıb.