Britaniyada son 30 ilin ən böyük tətili başlayıb: London metrosu bağlandı

Britaniyada son 30 ilin ən böyük tətili başlayıb: London metrosu bağlandı

21 İyun 2022 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada dəmiryolçuların son 30 ildə ən böyük tətili başlayıb.

Oxuməni.az xəbər verir ki, on minlərlə dəmiryolu işçisi maaşların dondurulması və iş yerlərinin ixtisarı səbəbindən etiraza qalxıb.

London metro şəbəkəsi də ayrı-ayrı tətillər səbəbindən qismən bağlanıb. Üç gün ərzində - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri əksər marşrutlarda nəqliyyat ümumiyyətlə işləməyəcək, fəaliyyətini davam etdirənlər isə qısaldılmış qrafiklə işləyəcəklər.