Sonu görünməyən müharibə: Ukraynada silahlar nə vaxt susacaq?

Sonu görünməyən müharibə: Ukraynada silahlar nə vaxt susacaq?

21 İyun 2022 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

“Ukraynanın bu müharibəni udmaq şansı daha böyükdür”.

Oxuməni.az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Qadirov Yenisabah.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olan qüvvələr var:

“ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və digər şəxslərin bu məsələdə bir-birinə zidd fikirlər söyləməsi proqnozların verilməsində çətinliklər yaradır. Düşünürəm ki, Qərb dövlətləri müharibənin uzun çəkməsi üçün hər bir yola ət atır. Rusiyanın süqutunu tezləşdirmək üçün ABŞ və müttəfiqləri çox ciddi planlar həyata keçirir, hətta NATO-nun genişləndirilməsi ilə bağlı qərarlı addımlar atırlar. Dünyanı inandırmağa çalışırlar ki, Rusiya müstəqil dövlətlərə qarşı böyük bir təhdid yaradır.

Rusiyanın bugünkü iqtisadiyyatı və hərbi resursları onu supergüc etməyə imkan vermir. Onun hərbiçiləri Ukraynada böyük vəhşiliklər törədib. İki slavyan xalqın bundan sonra sülh sazişi imzalamasına inanmıram. Sülh sazişi imzalansa belə, onlar arasında əbədi düşmənçilik davam edəcək”.

Siyasi şərhçi qeyd edib ki, Qərb Rusiya qazından asılı olmasa, müharibənin uzadılmasına nail olacaq və savaş Rusiyanın süqutuna qədər davam edəcək:

“Amma ABŞ və Britaniya bu məsələdə nə qədər israrlı olsa da, Fransa, Almaniya və İtaliya kimi dövlətlərin Rusiyanı o qədər də küncə sıxışdırma niyyəti yoxdur. Onlar çalışır ki, ABŞ-ın təsirini Avropada azaltsınlar. Üstəlik bəzi bölgələri Rusiyaya verilməsi ilə müharibəni dayandırsınlar. Ancaq bu qədər dağıntıdan və dəymiş ziyandan sonra Ukraynanın itirəcək bir şeyi yoxdur və müharibəni sona qədər davam etdirəcək. Ukraynaya Qərbin verdiyi maliyyə və hərbi yardımı, Rusiyanın tükənən hərbi ehtiyatları və iqtisadiyyatının çökməsi ilə Ukraynanın bu müharibəni udmaq şansı daha böyükdür”.