Rusiya məğlub olmasa müharibə bitməyəcək

Rusiya məğlub olmasa müharibə bitməyəcək

21 İyun 2022 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Rusiya tərəfindən Ukraynada Ukrayna xalqına qarşı soyqırım aktı həyata keçirilir".

Oxuməni.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Rusiya məğlub olmasa müharibə bitməyəcək:

"Sivil dünya Rusiyanı dayandırmaq üçün təcili tədbirlər görməlidir, çünki əks halda aclıq, böyük ərzaq böhranı qaçılmaz olacaq.

Ukraynanın gələcəyi ABŞ-ın dəstəyi ilə Böyük Britaniya və Polşa ilə ittifaqdan asılıdır. Avropa İttifaqı burada bir vasitə ola bilər.

Müharibənin sonu şübhəsiz ki, ABŞ və NATO-dan asılıdır.

Müharibə bir halda bitə bilər: Ukraynanın qələbəsi ilə nəticələnərsə.

Qalan istənilən proses Ukraynaya və ya onun müttəfiqlərinə yaraşmayacaq, çünki Rusiya sakitləşməyəcək. Rusiyanın bu savaşdan məğlub ayrılmaması bütün dünya üçün böyük təhdid ola bilər.

Göründüyü kimi, Fransa və Almaniya müharibənin ilk günlərində savaşın sonuna qədər Ukraynaya lazımı bütün hərbi dəstəyi göstərəcəkləri ilə bağlı verdikləri vədlərə xilaf çıxdılar.

Onların bu döyüşdən qaçmaq səbəblərindən başlıcası tarixlərində və mentalitetlərində Rusiyanın buraxdığı "izdir". Amma gərək bilərdilər ki, reallıqdan qaça bilməzlər. Heç nə unudulmur, heç nə yaddan çıxmır".