Məşhur general həbs oldundu - 44 günlük müharibədə…

Məşhur general həbs oldundu - 44 günlük müharibədə…

17 İyun 2022 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Milli Təhlükəsizlik Xidmətində araşdırılan cinayət işi çərçivəsində Raket və artilleriya qoşunlarının keçmiş rəisi, general-mayor Armen Arutyunyan saxlanılıb.

Oxuməni.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən Ermənistan KİV-nə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Armen Arutyunyan Müdafiə Nazirliyi ilə ölkədə fəaliyyət göstərən şirkət arasında bağlanmış müqavilə çərçivəsində tədarük olunan məhsulun seçmə komissiyasının sədri olub. Armen Arutyunyan təchizatçı şirkətin direktoruna və sahibinə bağlanmış müqavilənin predmetinə uyğun gəlməyən əmlakın qəbulunda və Müdafiə Nazirliyindən xüsusilə külli miqdarda oğurluq etmək məqsədilə birbaşa niyyətinin həyata keçirilməsində köməklik göstərib.

Bu məqsədlə, müqavilədə nəzərdə tutulmuş müvafiq çaplı top mərmiləri əvəzinə, təhvil verilmiş əmlakın taktiki-texniki xüsusiyyətləri arasındakı uyğunsuzluğu gizlətməklə, Müdafiə Nazirliyinə Çexiya istehsalı olan başqa tipli mərmilər veriblər. Bu mərmilərin ümumi qiyməti 523 089 000 dram və ya 1 083 000 ABŞ dolları təşkil edir.

Beləliklə, Armen Arutyunyanın əməli dövlət üçün ağır maddi nəticələrə səbəb olub.

Eyni zamanda məlum olub ki, bu partiyadan olan mərmilər 44 günlük müharibə zamanı da istifadə olunub, nəticədə döyüş tapşırıqlarını həll etmək mümkün olmayıb.

Eyni halda tədarükçü şirkətin direktoru və sahibi də ittiham olunub.

İbtidai istintaq davam etdirilir, korrupsiya sxemində iştirak edən şəxslərin bütün dairəsinin müəyyən edilməsi və barələrində cinayət təqibinin başlanması istiqamətində müvafiq istintaq və digər prosessual hərəkətlər həyata keçirilir.