“Putinlə bağlı qapılar arxasında...” - Zelenskiyə şok təklif

“Putinlə bağlı qapılar arxasında...” - Zelenskiyə şok təklif

17 İyun 13:46
209
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Mario Draqi Ukrayna lideri Vladimir Zelenskidən rusiyalı həmkarı Vladimir Putinlə bağlı qapılar arxasında danışıqları bərpa etməyi xahiş edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Die Welt” qəzeti yazıb.

Nəşr bu xahişin iqtisadi problemlərlə bağlı ola biləcəyini bildirib:

“Müharibə nəticəsində onların (Avropa liderlərinin) məruz qaldıqları iqtisadi zərər getdikcə artır və bunu kompensasiya etmək isə getdikcə çətinləşir. İqtisadi artım kəskin şəkildə yavaşlayıb, inflyasiya rekord həddə çatıb”.

Dünən üç ölkənin lideri Kiyevdə olub.