"Qələbə qanlı olacaq , amma..." - "Biz hər şeyi geri qaytarmaq istəyirik" + VİDEO

"Qələbə qanlı olacaq , amma..." - "Biz hər şeyi geri qaytarmaq istəyirik" + VİDEO

21 May 22:46
175
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən savaşda Ukrayna üçün qələbəni nədə gördüyünü şərh edib.

Oxuməni.az xəbər verir ki, yerli mətbu orqanlara danışan Zelenski ölkəsi üçün 24 fevral vəziyyətinə çıxmağı qələbə hesab etdiyini deyib: “Bu, o demək olacaq ki, onlar bizi zəbt edə bilmədilər, biz öz torpaqlarımızı qoruduq. O zaman biz ikinci hissəyə keçəcəyik. İstərdim bu ölkənin(Rusiyanın-red.) kifayət qədər ağlı olsun ki, ikinci hissəni danışıqlar masası arxasında müzakirə edək və bu danışıqların nəticəsi yekun ədalət olsun”.

“Rusiya və Ukrayna arasında müharibə diplomatiya yolu ilə başa çatacaq, lakin sülh danışıqlarında format hibrid olacaq” -deyə, Zelenski bildirib.

Prezidentin sözlərinə görə, o, əvvəllər hesab edirdi ki, Rusiya Federasiyası ilə müharibəni təmiz dialoq yolu ilə bitirmək olar və bu dialoqun müvafiq termini var, onda bir çox suallara cavab və çoxlu həll yolları tapmaq mümkün olacaq.

“İndi isə (Ukrayna və Rusiya arasında danışıqlar - red.) avtomobil kimidir, nə benzin, nə də elektrik maşınıdır, hibriddir, ona görə də müharibə bu qədər mürəkkəbdir. Qələbə də çox çətin olacaq. Qanlı olacaq, mütləq döyüşdə olacaq, amma sonu yenə də diplomatiyada olacaq. Mən buna əminəm”, - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin izah edib ki, Ukrayna ilə Rusiya arasında bəzi məsələləri danışıqlar masası arxasından başqa heç bir yerdə həll etmək mümkün deyil.

“Çünki biz hər şeyi geri qaytarmaq istəyirik, Rusiya Federasiyası isə hər şeyi vermək istəmir, yəni heç nə vermək istəmir”, - deyə Zelenski sözlərini yekunlaşdırıb.