“Rusiyanın Bakı və İrəvan arasında vasitəçilik etmə səlahiyyəti yoxdur” - 2 amerikalı diplomatın rəyi

“Rusiyanın Bakı və İrəvan arasında vasitəçilik etmə səlahiyyəti yoxdur” - 2 amerikalı diplomatın rəyi

21 May 2022 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

“Həm Bakı, həm də İrəvan üçün Brüssel və ya Moskvadakı forum mübadilələrini dayandırmaq çox vacibdir”.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Yenisabah.az-a açıqlamasında deyib.

Onun sözlərin görə, Ermənistan və Azərbaycan liderləri arasında növbəti görüşün nə vaxt və harada keçiriləcəyi barədə dəqiq məlumatı yoxdur:

“Mən mediada görmüşdüm ki, Ermənistan və Azərbaycan mayın 17-də MDB Xarici İşlər Nazirlərinin Düşənbədə keçirilən iclasında Moskvada sülh danışıqlarına başlamaq barədə razılığa gəliblər. Deyəsən, bu görüş baş tutmayıb. Mayın 23-də Brüsseldə Aİ-nin ev sahibliyi ilə Ermənistan və Azərbaycan liderlərinin görüşündən isə xəbərim yox idi”.

R. Kozlariç 2 məqamı vurğulayıb:

“Birincisi, bu münaqişə ilə bağlı bütün məsələlərin həlli, eləcə də birbaşa və üzbəüz danışıqlara başlamaq üçün həm İrəvan, həm də Bakının forum mübadiləsini (Moskva və ya Brüssel) dayandırması çox vacibdir.

İkincisi, həm Bakı, həm də İrəvana aydın olmalıdır ki, Ukraynaya qarşı olan təcavüzü və soyqırımından sonra Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmaya vasitəçilik etmə səlahiyyəti yoxdur”.

Digər amerikalı mütəxəssisin - Pol Qoblun isə məsələyə baxışı belədir:

“Düşünmürəm ki, hər iki görüş məsələni həqiqi sülh müqaviləsini mümkün edəcək qədər həlledici olacaq. İki tərəf – Aİ və Rusiya bir-birinə əks qütblərdir. Aİ nizamlanmanı istəsə də, Rusiyanın Qarabağda mövcudluğunu dəstəkləməyəcək.

Fikrimcə, Aİ regionda gərginliyi yüksək saxlamayan hər hansı nizamlanmanı və Rusiya qoşunlarının olmasını istəmir”.