Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

21 May 2022 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynadakı müharibəni dondurmaq və Avropanı “Minsk-3” və ya “İstanbul-1” ilə razılaşmağa məcbur etməyə inandırmaqla yeni demarkasiya xətti yaratmaq istəyir.

Oxuməni.az xəbər verir ki, bunu Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq məsələlər üzrə sərd müavini Mixail Samus deyib.

Samusun sözlərinə görə, Putin, əlbəttə ki, böyük qələbə istərdi:

“O, xüsusilə Donbasda müəyyən hərbi uğurlara ümid edir və Dnestryanıdan keçməklə Krıma quru dəhliz çəkərək Odessaya da ümid yeri buraxmır. Bu, onun fikrincə, Ukraynanın dəniz və Dunayla əlaqəsi kəsilsə, faktiki olaraq quru dövlətə çevrilsə, amansız geosiyasi tsikl yaradar”.

Ekspert qeyd edib ki, Putin Avropa və Ukraynanı qışda daha çətin vəziyyətə salmaq istəyir:

“Hazırda Rusiya təbliğatının nəyə diqqət yetirdiyinə baxsanız, onlar faktiki hərbi məsələlərlə yanaşı, Avropa və ABŞ-da benzinin bahalaşmasına diqqət yetirirlər. Və deyirlər ki, bu, yalnız başlanğıcdır, çünki neft və qaza real embarqo olanda, o zaman Avropa iqtisadiyyatı sarsılacaq. Buna görə də Putin səmimi şəkildə inanır ki, qışda avropalılar onun yanına gəlib, diz üstə çöküb deyəcəklər: gəlin müharibəni donduraq, Ukraynanı dayanmağa məcbur edək”.