Bayden Əliyevə məktubunda  Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verib

Bayden Əliyevə məktubunda Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verib

21 May 2022 08:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bayden Əliyevə məktubunda qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.

Oxuməni.az xəbər verir ki, bu qeyddə iki mesaj var:

Birincisi, Vaşinqton Bakıya “işğalçı Rusiya qarşısında Azərbaycanı dəstəkləyirik” mesajı verir və bununla ABŞ cəbhəsində yer almasını istəyir;

İkincisi, Vaşinqton Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verir.

Geosiyasi qarşıdurma Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır, istər enerji resursları, istər Cənubi Qafqazda güc balansı, istərsə Mərkəzi Asiya coğrafiyası baxımından. Və bu, Bakının manevr imkanlarını genişləndirir.