Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır

Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır

20 May 2022 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Donbasda əməliyyatları gücləndirmək üçün qüvvələrini Mariupoldan çıxara bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi kəşfiyyata istinadən məlumat yayıb.

“Rusiya Mariupolun təhlükəsizliyini təmin etdikdən sonra, çox güman ki, Donbasda əməliyyatları intensivləşdirmək üçün hərəkətə keçəcək”, - məlumatda qeyd edilib.

Məlumatda o da bildirilib ki, rus ordusu əməliyyatlarını sürətləndirmək üçün bölgədəki qüvvələrini yenidən təchiz etməyə çalışır.

Mütəxxəsisslərə görə, yenidən dislokasiya uzun vaxt apara bilər, bu səbəbdən də Rusiya lazımi hərbi hazırlıq olmadan bunu edəcək:

“Rusiyanın hərbi komandanlığı hədəflərə nail olmaq üçün təzyiq altındadır. Bu o deməkdir ki, Rusiya lazımi təlim keçmədən öz qüvvələrini qısa vaxtda yenidən bölüşdürəcək. Bu isə qüvvələrin daha da tükənməsi riski yaradır”.